Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Ulyukayevə 8 il iş verilib

 

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.

Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Aleksey Ulyukayev "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin "Rosnetf"tin "Başneft"in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət İttihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Keçmiş nazir ev dustaqlığında idi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300