ABŞ-ın Fələstinə qarşı şok planı

 

ABŞ Fələstinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən "Debka fayl” portalı yayıb.

Sanksiyaların daha çox Mahmud Abbas və İordan çayının qərb sahilinə toxunacağı bildirir:

"ABŞ Prezidenti Donald Tramp Mahmud Abbasın tez-tez Amerikanın sülh danışıqlarındakı mövqeyini itirməsini söyləməsindən narahat olmağa başlayıb. Tramp diplomatları ilə birgə Fələstinə qarşı artıq 8 maddəlik embarqo hazırlayıb. Bu maddələrdə İsrail-Fələstin danışıqlarının sadəcə Təl-Əvivlə ərəb ölkələri arasında aparılması, Vaşinqtonun Fələstinlə əlaqələrini mərhələli şəkildə kəsməsi, Fələstin nümayəndələrinin ABŞ-a bir daha dəvət edilməməsi, Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatı ofislərinin bağlanması və danışıqlarda Abbası təmsil edən Saab Ərəkatın Ağ Evə qonaq olaraq dəvət edilməməsi məsələləri yer alıb. Bundan başqa, İordan çayının qərb sahilinə verilən 1 milyard dollarlıq yardımın dayandırılması üçün ABŞ həmçinin BMT-yə təzyiqlər edəcək”, - məqalədə bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300