DÇ-2018-də matçları idarə edəcək bütün hakimlər bəlli olub

 

Rusiyada keçiriləcək DÇ-2018-də matçları idarə edəcək bütün hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, hələlik qeyri-rəsmi siyahını məşhur İtaliya idman portalı "tuttomercatoweb” açıqlayıb.

 

FİFA Hakimlər Komitəsinin Pyerluici Kollina və Massimo Busakkanın rəhbərliyi ilə hazırladığı heyətdə 36 hakim yer alıb.

 

Maraqlıdı ki, mundialda İngiltərə xaric bütün aparıcı futbol ölkələri hakimlə təmsil olunacaqlar. Məşhur ingilis "fit sahibləri” Martin Atkinson və Andre Marriner 45 yaş həddini keçidkləri üçün beynəlxalq oyunlara təyinat ala bilməzlər.

 

Mundialda aşağıdakı referilər iş başında olacaqlar.

 

Byörn Keypers (Hollandiya), Canluka Rokki (İtaliya), Klemen Tyürpen (Fransa), Cüneyt Çakır (Türkiyə), Feliks Brex (Almaniya), Sergey Karasyov (Rusiya), Antonio Mateo Laos (İspaniya), Şimon Marsinyak (Polşa), Milorad Majiç (Serbiya), Damir Skomina (Sloveniya), Andres Kunya (Uruqvay), Nestor Pitana (Argentina), Xulio Baskunyan (Çili), Enrike Kasares (Paraqvay), Sandro Riççi (Braziliya), Vilmar Roldan (Kolumbiya), Metyu Konqer (Yeni Zelandiya), Norbert Xauata (Taiti), Mehdi Abid Çaref (Əlcəzair), Malanq Diedayu (Seneqal), Bakara Hassama (Qambiya), Qexad Qrişa (Misir), Canni Sikazve (Zambiya), Bamlak Tessema (Efiopiya), Mark Qeyger (ABŞ), Joel Agilar (Salvador), Cair Marrufo (ABŞ), Rikardo Montero (Kosta-Rika), Con Pitti (Panama), Sezar Ramos (Meksika), Fahad Əl Mirdaşi (Səudiyyə Ərəbistanı), Əlirza Fəqani (İran), Ravşan İrmatov (Özbəkistan), Abdulla Muhammed (Maldiv adaları), Ryuci Sato (Yaponiya), Navaf Şukralya (Bəhreyn)

 

Qeyd edək ki, hakimlərin siyahısının rəsmi olaraq yanvar ayında açıqlanması gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300