«Polis haqqında» qanuna dəyişiklik və əlavələr nəzərdə tutulur. Onlardan biri də qanunun 24-cü maddəsinin 2-ci hissəsinə nəzərdə tutulan əlavələrdir.

Sözügedən maddədə polis əməkdaşının mənzil toxunulmazlığı hüququnu məhdudlaşdırmasından söhbət gedir. Qüvvədə olan qanunda polis yalnız bu hallarda vətəndaşla razılaşdırmadan onun mənzilinə daxil ola bilər:

1) Mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;

2) Cinayət törədən, həbsdən qaçan şəxsin həmin mənzildə gizlənilməsi;

3) Cinayət törətmiş şəxsin bilavasitə «isti izlərlə» təqib edilməsi;

4) Mənzildə insan meyitinin olması;

5) Mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması. Habelə Azərbaycan qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.

İndi daha iki şərtin əlavəsindən söhbət gedir:

Şəxsiyyət əleyhinə cinayətin törədilməsi və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və sənədlərin yaşayış yerində gizlədilməsi;

Dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə, həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və sənədlərin yaşayış yerində gizlədilməsi.

«ETİRAZ AKSİYALARININ OLA BİLƏCƏYİNİ NƏZƏRƏ ALIB …»

Hüquqşünas Elçin Qənbərli düşünür ki, bu, vətəndaşın hüquq və azadlığının məhdudlaşması hesabına polis səlahiyyətlərinin artırılması deməkdir:

«Nardaran, Siyəzən hadisələri zamanı məhkəmə qərarı olmadanetiraz aksiyasına qatılan insanların evlərinə girdilər. Görünür, gələcəkdə də etiraz aksiyalarının ola biləcəyini nəzərə alıb, bu dəyişikliyə gedirlər».

Yalçın İmanov

Yalçın İmanov

Başqa bir hüquqşünasın – Yalçın İmanovun fikrincə, bunu son illər əksər qanunvericilik aktında aparılan sərtləşdirmənin növbəti elementi kimi qəbul etmək olar:

«İndi qüvvədə olan əsaslardan biri mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsini nəzərdə tutur. Layihədəki dəyişikliksə həm şəxsiyyət, həm də dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə hazırlığın aparılmasını da nəzərdə tutur. Fikrimcə, bu dəyişiklik sui-istifadə hallarına geniş imkanlar açacaq. Bu dəyişiklik xüsusən son illər ictimai-siyasi faəlların bəzən dövlət hakimiyyəti əleyhinə cinayətlərdə suçlanması və cinayət təqibinə məruz qalması kontekstində narahatlıq doğurur».

«KONSTİTUSİON NORMA GÖZARDI EDİLƏNDƏ…»

Yalçın İmanov məhkəmə qərarı olmadan mənzil toxunulmazlığı hüququnun çoxsaylı pozuntularına diqqət çəkir:

«Həm Konstitusiyada, həm də cinayət prosessual qanunvericiliyində mənzil toxunulmazlığı hüququ təsbit edilib. Məhkəmə qərarı olmadan və qanunla müəyyən edilmiş hallar istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Ancaq bu konstitusion norma real həyatda, əsasən, gözardı edilir. Məhkəmə qərarı olmadan və əsaslandırılmış qərar qəbul edilmədən mənzilə girilir, orada əməliyyat-axtarış və istintaq hərəkətləri aparılır. Hakim qərarı olmadan, orada yaşayanların iradəsi ziddinə polisin mənzilə girmə əsaslarının artırılması, fikrimcə, belə pozuntuları daha da çoxaldacaq».

Azadlıq radiosu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300