Ərdoğan Papa ilə Qüdsü müzakirə etdi

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk arasında telefon danışığı olub.

"Qafqazinfo”xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Məlumata əsasən, tərəflər ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra yaranan problemi müzakirə ediblər.

Dialoq zamanı Qüdsdə mövcud vəziyyətin saxlanılmasının lazım olduğu vurğulanıb.

Xatırladaq ki, dekabrın əvvəlində Tramp ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib. Sözügedən qərar İsrail tərəfi istisna olmaqla bir çox dünya ölkələrinin etirazına səbəb olub.

Qeyd edək ki, BMT Baş Assambleyası ötən həftə ABŞ-ın Qüdslə bağlı qərarını tanımamaq barədə sənəd qəbul edib. Səsvermə zamanı 128 ölkə qərarın lehinə, 9-u əleyhinə çıxıb, daha 35 dövlət isə səsvermədə iştirak etməyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300