Yeni ildən öncə bunları mütləq edin 

Həyat qurtaran 9 məsləhət

Yeni ilin gəlməsinə sayılı saatlar qalıb. Hər il bu ərəfədə psixoloqlar, sosioloqlar insanları yeni ilə motivə etmək üçün müxtəlif məsləhətlər verirlər.
Musavat.com Türkiyə mətbuatına istinadən yeni ildə yetiriləcək bəzi məsləhətləri nəzərinizə çatdırır. Bəli, bunları edin ki, yeni ildə çətinlik çəkməyəsiniz.

1 Verdiyiniz qərarları yerinə yetirin

Yeni ilin gəlişi ilə birlikdə insanlar keçmişdə yaşadıqlarını dəyərləndirir, ehtiyac duyduğu şeylərlə bağlı arzular qururlar. Təcrübələrdən faydalanmaq, alınan qərarları həyata keçirmək üçün yeni il fürsət olaraq görülür və insanı motivasiya edir. Bu pozitiv sürəcdən mümkün olduğu qədər faydalanmaq üçün tətbiq ediləcək hədəflər qoymaq və onları birdən-birə həyata keçirmək yerinə zamana yaymağa çalışmaq faydalıdır.

2. Real qərarlar verin

Yeni il üçün qərarları və planları tək bir günə bağlamadan, sağlam bir ruh halı ilə məntiqli addımlar atılmalıdır. Həyat keyfiyyətinin arta bilməsi üçün insanın yeni ilə dair real gözləntilər içinə girməsi önəmlidir. İstək və qərarları müsbət yekunla gerçəkləşdirə bilmək üçün detallı olaraq planlı və nəzarətçi davranmaq lazımdır. Hədəflərin müsbət cümlələr qurularaq müəyyənləşməsinə diqqət edilməlidir. Hədəflənən qərarları gerçəkləşdirə bilmək üçün məqsədlər çərçivəsində dəqiq cümlələr qurmağa, çevrə ilə paylaşılaraq fikir almağa diqqət edilməlidir.

3. Verilən qərarları təxirə salmaqdan yayının

Hər kəs yaşanan problemləri keçən ildə qoymaq istəyir. Çünki yeni il ümidlərlə və yeni qərarlarla gəlir. Bir çox insan yeni ildə "siqareti atmaq, idman etmək, dərslərinə zamanında çalışmaq, hobbi tapmaq, sosiallaşmaq” kimi bir çox qərarlar verir. Verilən bu qərarların sağlam bir psixologiya üçün yerinə yetirilməsi böyük önəm daşıyır.

4. Qərarlarınızı tətbiq edin

İnsanın özünə və keçirdiyi ilə olan inamını itirməməsi üçün beynində verdiyi qərarları vaxt itirmədən həyata keçirməsi lazımdır. Bundan başqa, bəzi yeni il hədəflərinin və gözləntilərin həyata keçmədiyi zaman insanda ciddi xəyal qırıqlıqları yarana bilir. İnsanların bu sürəcdən sözün pis mənasında təsirlənməməsi, xəyal qırıqlığı, qayğı pozğunluğu yaşamaması üçün həyata keçə biləcək asan qərarlar ala bilmələri lazımdır.

5. Sağlam qidalanın

Mövsümünə görə təzə tərəvəz və meyvə yeməyinə önəm verin. Bol-bol mineral su için. Tez-tez mövsüm balıqları yeməyə diqqət edin. Sistemli olaraq yaşıl çay için.

6. Yaxşı yatın

Yuxunun keyfiyyəti böyük əhəmiyyət daşımaqdadır. Yaxşı bir gecə yuxusunun insan sağlamlığına verəcəyi faydalar saymaqla bitməz. Hər bir insan gündə 6-8 saat yatmalıdır. Araşdırmalara görə, yuxusunu ala bilməyən insanlar gün ərzində və ümumən həyatlarında daha stresli, əsəbi olurlar.

7.Gəzintiyə çıxın

Gündəlik gəzintiyə çıxmaq həm bədənin, həm də xoşbəxtlik hormonu olan endorfinin hərəkətə keçməsini təmin etməkdədir. İdman hərəkətləri nəticəsində kalori yandıran insanlar da ayrıca özlərini yaxşı hiss edirlər. Gəzintilərinizi mümkün olduqca açıq hava etməyə çalışın.

8 Sosiallaşın

İnsanlar stresli, problimli və dərdli olanda daxillərinə qapana bilirlər. Özlərini çevrələrindən soyudaraq bayıra çıxmaq istəməyə bilərlər. Amma tam tərsinə ailə, yaxınlar və dostlarla keçirilən vaxt xoşbəxt və rahat hiss etməyə yardımçı ola bilir.

9. Özünüzə xobbi tapın

Aparılan araşdırmalara görə, iş xaricində bir məşğuliyyətə sahib olan insanların digər insalarla müqayisədə daha xoşbəxt, huzurlu və özünə arxayın bir həyat tərzi keçirdikləri sübut edilib. Xobbi sayəsində insanın bacarıqları da artır və özünə olan inamı da yüksəlir. Xobbi və fərqli məşğuliyyətlə stresi azaltmağa yardımçı olur.

Sevinc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300