Güneyli liderdən müraciət:Bu etirazlar Azərbaycana  ...

 

Güney Azərbaycanın məşhur aktivisti Abbas Lisani İranda baş verən etiraz aksiyaları ilə bağlı azərbaycanlılara müraciət edib
.

Axar.az xəbər verir ki, Lisani müraciətində Azərbaycan xalqını bu etiraz aksiyaları ilə bağlı diqqətli olmağa, ümumiyyətlə, ondan müəyyən qədər kənar durmağa çağırıb.

"Hazırda İranda gedən ictimai-siyasi hadisələri müxtəlif aspektlərdən analiz etmək mümkündür, lakin bu mərhələdə bizə düşən ən önəmli məsuliyyət prosesi izləmək, hadisələrin Azərbaycanda təsir dairəmizdən çıxmasına imkan verməmək və prosesi düzgün istiqamətə yönəltməkdir. Bəzi müxalifət adlanan siyasi cərəyanlar yanlış və şovinizm siyasəti nəticəsində Azərbaycanda yaranan iqtisadi fəlakəti vasitə kimi istifadə edərək, fars rasizminin qeyri-fars millətlərinə etdiyi zülm və ayrı-seçkilik siyasətini gözardı etməyə çalışır. Onlar elə göstərmək istəyir ki, sanki İranda bütün millətlərə eyni səviyyədə zülm olub. Öz layihələri uğrunda Azərbaycandan vasitə kimi istifadə etmək istəyənlər Azərbaycan-türk millətinin haqlı istəklərini bu şübhəli dalğanın içində itirməyi planlaşdırır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu hadisələr anti-türk cərəyanlarının istədiyi istiqamətə yönələ bilməz:

"Artıq Hərəkatın yetirdiyi oyanıq və iş bilən oğul və qızlarımız var. Onlar prosesi diqqətlə izləyib bütün məkrli planları zərərsizləşdirəcəklər. Biz hələ ki, heç bir aksiyanın təşəbbüskarı deyilik. Ancaq Azərbaycanda olan iqtisadi gərginlik və ya mətbuatın təbliği nəticəsində Azərbaycanda baş verə biləcək mümkün nümayişləri diqqətdə saxlayıb, millətimizlə çiyin-çiyinə nəyin bahasına olursa-olsun, aksiya və onun şüarlarını milli istəklərimizin doğrultusunda irəli aparıb, prosesin bu istiqamətdə getməsinə şərait yaratmalıyıq. Bu gün aksiyaları Azərbaycana daşımaq istəyənlərin bir neçə hədəfi var. O hədəflərdən biri mərkəzdə istifadə olunan şüar və ədəbiyyatı Azərbaycan şəhərlərinin etirazına calayaraq, Azərbaycan-türk milləti haqda dünya ictimaiyyətində fərqli bir təsəvvür yaratmaqdır. Ona görə də biz fəallar bütün prosesi nəzarətdə saxlayıb, bizə qarşı olan planları onların öz əleyhinə və millətimizin xeyirinə çevirməliyik.

Bütün hallarda bugünkü mövqeyimiz hər an dəyişə bilər və Milli Hərəkat bir yumruq kimi gözləmə mövqeyindən birbaşa əmələ keçə bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300