"Compass Group" şirkətinin rəhbəri ailəsi ilə
birgə təyyarə qəzasında ölüb
Böyük Britaniyanın "Compass Group" qida məhsulları tədarükü şirkətinin direktoru Riçard Kazins və ailəsinin dörd üzvü Avstraliyada təyyarə qəzası nəticəsində ölüb.
"Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
"Dərin hüznlə təsdiq edirik ki, Riçard Kazins və ailəsinin 4 üzvü 31 dekabr 2017-ci il tarixində Avstraliyada təyyarə qəzasında həlak olub", — deyə bəyanatda qeyd olunub.