Montenegro: etirazçılar baş nazirin istefasını tələb ediblərMonteneqro polisi gözyaşardıcı qaz tətbiq edərək bir neçə min nümayişçinin iştirak etdiyi aksiyanı dağıdıb.

Uluyol.info "Musavat.com"a istinadən xəbər verir ki, Etirazçılar baş nazir Milo Djukanovic-in istefasını tələb ediblər.

Paytaxt Podgorica-da etirazçılar "Milo, oğru" şüarını səsləndirərək keçid höküməti tərəfindən təşkil olunması nəzərdə tutulan ədalətli seçkilərin keçirilməsini tələb ediblər.

Etirazçılardan bəziləri parlamenti qoruyan polisə fişəng və digər alovlanan maddələr atıb.
Polisin yaydığı xəbərə görə, 15 polis əməkdaşı yaralanıb, gözyaşardıcı qazın təsirinə məruz qalmış 24 etirazçı tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib.

Müxəlifətçi Demokratik Çəbhə təşkilatının lideri Andrija Mandic və etirazın daha bir lideri Slaven Radunovic aksiya başa çatandan sonra polis tərəfindən dindirilib.

Milo Djukanovic 1990-ci illərdən, Monteneqro hələ keçmiş Yuqaslaviya tərkibində olan dövrlərdən, ölkəyə rəhbərlik edən şəxslərdən olub.

2012-ci ildə o, seçkidə qalib gəldikdən sonra baş nazir olub.

Monteneqro 2006-cı ildə Serbiyadan ayrılıb müstəqillik qazandıqdan sonra Milo Djukanovic 3 dəfə ölkənin baş naziri olub.

Monteneqro höküməti ölkənin dekabr ayında NATO-ya qəbul olunacağına ümid edir.
Lakin Rusiya ilə tarixi bağlılığı olan ölkə əhalisi bu planların əleyhinədir.

Monteneqroda seçkilər 2016-cı ilin əvvəlində keçirilməlidir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300