Əfqan Muxtarlının ailə üzvləri Tala qəbristanlığında dəfn olundu

 

Vicdan məhbusu Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı, Nuranənin övladı MilayMuxtarlı və Əfqanın qardaşı Ramazanın övladı Fatimə Muxtarlı Zaqataladakı Tala qəbristanlığında dəfn olunub.

"Basta”ya daxıl olan məlumata görə dəfndəMüsavat başqanıArif Hacılı, Divan üzvləriElman Fəttah,Nemət Kərimli, Müsavatın Mətbuat Departamentinin rəhbəriMustafa Hacıbəyli, Müsavat başqanının müaviniFərəc Kərimli, Məclis üzvüƏbülfəz Sadıqbəylivə bir qrup jurnalist iştirak edib.

Qeyd edək ki,Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlıdan aldığımız məlumata görə, Nuranə Muxtarlının və uşaqların hansı səbəbdən öldükləri dəqiq bilinməsə də, onların dəm qazından boğulduqları ehtimal edilir.

Nuranə Muxtarlı və iki uşağın kirayədə yaşadıqları mənzil içərisinə qaz borusu quraşdırılmış adi odun sobası ilə qızdırılırmış. Bir gün əvvəl Əfqan Muxtarlının qardaşı Ramazan Muxtarlının böyük qızı Fatma evə qonaq gəlibmiş. Ehtimal edilir ki, Nuranə Muxtarlı, onun kiçik qızı vəMilay gecə yaxud səhər saatlarında ölüblər. Amma Nuranə Muxtarlının 8 yaşlı oğlu sağ qalsa da, anasını və uşaqları yatmış bilib, onların öldüyündən xəbər tutmayıb. Günorta saat 14:00 radələrində Nuranənin əri evə gəlib. Ona qapını oğlu açıb. Bundan sonra Nuranənin və iki uşağın öldüyü məlum olub.

Xatırladaq ki, ABŞ departamenti jurnalist Əfqan Muxtarlının bacısının yas mərasiminə buraxılması üçün Azərbaycan hökumətinə müraciət edib.

Dünən vəkil Nemət Kərimli vicdan məhbusu Əfqan Muxtarlının həbsdən müvəqqəti azad edilməsi və onun bacısının dəfnində iştirakına şərait yaradılması üçün Penitensiar Xidmətə müraciət edib.

Nemət Kərimliilə bu gün də əlaqə saxladıq. Vəkil saytımıza bildirdi ki,onun müraciətinə hələ də cavab verilməyib.

Nemət Kərimli Əfqan Muxtarlının həbsdən azad edilməsi üçün Ombudsman Aparatına da müraciət etdiyini bildirib.

Xatırladaq ki, yeni il axşamıvicdan məhbusu Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı yaşadığı evdə ilkin məlumata görə qazdan boğularaq ölüb.Bildirilir ki, Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanındakirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

26114029_1728890010474618_5365210715939830994_n

 

Könül Alı

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300