Şəkidə 12 yaşlı uşağı sahibsiz it dişləyib

 

Şəkidə 12 yaşlı uşağı sahibsiz it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Qayabşı kənd sakini, 2006-cı il təvəllüdlü Murad Habil oğlu Babayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

MRX-dan APA-ya verilən məlumata görə, Murad Babayev yaşadığı kəndin ərazisində küçə ilə gedərkən sahibsiz it ona hucum edərək sol ayağının bud və baldır nahiyəsindən dişləyib. Murad Babayeva lazımi tibbi yardım edilib, quduzluq əleyhinə qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300