Şirvanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

 

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Musavat.com-un DİN –in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin,ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300