ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

Xəbər verdiyimiz kimi, dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 88 yaşında ABŞ-da vəfat edib.

Virtualaz.org xatırladır ki, maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Çingiz Sadıxov müxtəlif vaxtlarda böyük sənətkarlar Rəşid Behbudovu, Bülbülü, Müslüm Maqomayevi və başqalarını müşayiət edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Sadıxovun yaradıcılığını yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, məhz o demişdi ki, "Çingiz Sadıxov royalı Azərbaycan milli alətinə çevirdi”.

Ç.Sadıxov Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adları ilə təltif olunub.

Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayırdı. Müslüm Maqomayev kimi o da özünün Vətəndə dəfn olunmasını vəsiyyət edib.

Görkəmli musiqiçinin həyat yoldaşı Xavər Sadıxova ərinin son xahişini yerinə yetirmək istəyir və Çingiz Sadıxovun tarixi vətənində dəfninin təşkilinə köməklik göstərilməsi üçün Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə müraciət edir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300