Yeni orfoepiya lüğəti niyə ləngiyir? - Dilçilik İnstitutunun CAVABI

 

Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

Bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.

İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: "Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn "k” səsi " x’ ”, yoxsa "y” kimi deyilməlidir? Məsələn, "gözəllik” sözü "gözəllix’ ” kimi tələffüz edildikdə oradakı "x’” səsi deyil, "y"-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs "y”, bəzi şivələrdə isə "x’ ” kimi səslənir. "Mələk", "külək", "ürək", "çörək" sözlərindəki sonuncu "k” səsi Bakıda, eləcə də şimal zonasında "y” kimi, amma Qarabağ zonasında "mələx’", "ürəx’", "çörəx’" və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev "kömək", "ürək", "fələk" və s. kimi sözlərdə sonda "y” olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə "x’ -yə üstünlük verirdi”.

İ.Məmmədli qeyd edib ki, sonuncu "Orfoepiya sözlüyü” 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: "Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib”.

Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300