TÜRKSAV 2017-ci ilin laureatlarını açıqlayıb

 

Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib.

AzərTac xəbər verir ki, TÜRSAV-ın sədri Yehya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Refik Turan və tarixi tədqiqatçı Ahmet Taşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar Çelebi, Holandiyadan QHT təmsilçisi Mahmet Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və "Ayla” bədii filmi də mükafata layiq görülüblər.

Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300