Nikki Heyli: İranda "Suriya ssenarisi” təkrarlana bilər    

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli hesab edir ki, İrandakı vəziyyət 2011-ci ildə küçə iğtişaşlarının qanlı vətəndaş müharibəsinə çevrildiyi "Suriya ssenarisi” ilə inkişaf edə bilər.

Oxu.Az TACC-a istinadən xəbər verir ki, bu barədə amerikalı diplomatın BMT Təhlükəsizlik Şurasının İran İslam Respublikasında mövcud vəziyyətlə bağlı iclası ərəfəsində etdiyi yazılı şərhdə qeyd olunur.

"Dünya Suriyadakı dəhşətlərin şahidi olub. Orada vəziyyət rejimin xalqı dinc şəkildə etiraz etmək hüququndan məhrum etməsindən sonra gərginləşdi. Biz İranda bunun baş verməsinə imkan verməməliyik. Bu, İran xalqının təməl hüquqlarına hörmət edilməsi və beynəlxalq sülh və sabitliyə dəstək məsələsidir”, - deyə Heyli bildirib.

İranda dekabrın 28-dən etibarən gərginləşən vəziyyət bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq. İclas ABŞ-ın vəsatəti əsasında keçiriləcək. Habelə Təhlükəsizlik Şurasının üzvlərindən hər hansı biri səsvermə keçirməyi təklif etsə və diplomatların çoxu məsələnin şuranın iclasında qaldırılmasını məqsədəuyğun görməsə, İranla bağlı diskussiyalar baş tutmaya bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300