Yəməndə difteriya bəlası - 46
nəfər dünyasını dəyişdi
Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".
ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb. O qeyd edib ki, daha təhlükəli vəziyyət isə İbbdə yaranıb. Burada 231 nəfər bu xəstəliyə yoluxub ki, onlardan da 13 nəfəri dünyasını dəyişib.