Minlərlə azarkeş Təbriz stadionunda "Təbriz-Bakı-Ankara" şüarı hayqırdı

 

Bu gün Təbrizdə keçirilən futbol matçında azarkeşlər kütləvi şəkildə siyasi şüarlar qışqırıblar. Olay Təbrizin yerli klubu "Traktorsazı" ilə Tehranın "İstiqlol" komandalarının arasında keçirilən çempionat oyunu zamanı baş verib.

Minval.az saytının xəbərinə görə, Təbriz stadionunu doldurmuş minlərlə azarkeş bir ağızdan "Azərbaycan" deyə şüarlar səsləndirib, daha sonra "Təbriz-Bakl-Ankara, farslar hara, biz hara" şüarı hayqırıblar.

Baş verə biləcək iğtişaşların qarşısını almaq üçün stadiona hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı cəlb edilib.

Onu da qeyd edək ki,dekabrın 28-də Tehranda keçirilən "Persipolis"-"Traktorsazı" matçında tehranlı azarkeşlər cənubi azərbaycanlıların ünvanına təhqiramiz şüarlar qışqırıblar. Təbrizlilər isə bu təhqirə bu gün bu cür cavab veriblər.

Xatırladaq ki, təbrizli futbol azarkeşləri illərdir stadionda bu şüarları səsləndirirlər. Hətta hazırda kütləvi aksiyalar keçirilən Məşhəd, Qum, Tehran kimi şəhərlərdə tam sakitlik olanda Təbriz stadionunda həmişə bu cür şüarlar səslənir, transparantlar qaldırılırdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300