Türkmən qadınlara avtomobil sürməyi qadağan etdilər

Ötən ilin dekabrının ortalarından Türkmənistan rəhbərliyi qadınlara sükan arxasında əyləşməyi qadağan edib. Bu zaman onlarda sürücülük vəsiqəsinin olub-olmaması fərq etmir.

Oxu.Az "Türkmənistan Alternativ Xəbərləri” portalına istinadən xəbər verir ki, dekabrda avtonəqliyyat müfəttişləri bu qadağanı pozan qadınlara növbəti postda cərimələnəcəkləri barədə xəbərdarlıq ediblər.

"Əvvəlcə bu məlumatı zarafat kimi qəbul edirdim, sonra özüm şəxsən belə halla qarşılaşdım”, – Aşqabad sakini deyir. – İndi qadınlar sükan arxasına əyləşməyə qorxurlar, ona görə çoxlarını işə, evə həyat yoldaşları aparıb-gətirirlər”.

Başqa mənbənin sözlərinə görə, dövlət idarələrinin şəxsi avtomobillə işə gələn qadın əməkdaşlarından sükan arxasında əyləşməyəcəkləri barədə iltizam alıblar.

Qeyd edək ki, bundan əvvəl Türkmənistanda qara rəngli avtomobillərin qadağan olunması barədə xəbərlər yayılmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300