ABŞ-da küləkli və şaxtalı hava 19 nəfərin ölümünə səbəb olub

 

Güclü külək, qar və şaxta ilə müşayiət olunan sərt hava şəraiti səbəbindən ABŞ-ın şimal-şərqində ölənlərin sayı 19 nəfərə çatıb.

APA-nın "CBS News” telekanalına istinadən verdiyi məlumata görə, həmin insanların əksəriyyəti əlverişsiz hava şəraitinin səbəb olduğu yol-nəqliyyat qəzalarında, yaxud donaraq ölüb.

Bir çox yerlərə 30 sm-dən çox qar yağıb. Əlverişsiz hava şəraitinin istirahət günləri də müşayiət ediləcəyi proqnozlaşdırılır. Güclü külək və qar səbəbindən Massaçusets ştatında 22 min, Virciniya ştatında 45 min, ümumilikdə isə şimal-şərq ştatlarında 100 mindən artıq insan elektrik enerjisindən məhrum olub. O cümlədən relslərin buz bağlaması səbəbindən Mayamidən Nyu-Yorka gedən 311 sərnişinin olduğu qatar relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Nyu-Yorkda fəaliyyətini dayandırmış Con Kennedi alına beynəlxalq aeroport isə dünən fəaliyyətini bərpa edib. Nyu-Yorkda müvəqqəti bağlanmış La-Quardiya aeroportu da artıq fəaliyyətə başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300