Əlikram Xurşidova qarşı yeni ittiham irəli sürüldü

 

Şərlənərək həbs edilənMüsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşidova daha bir ittiham irəli sürülüb.

Vəkil Nemət Kərimlinin "Basta” ya verdiyi məlumata görə, Müsavat Partiyası Şirvan rayon Təşkilatının sədri Əlikram Xurşidova bu gün yekun ittiham verilib.

"Qərara görə, şərlənmə əməlinə əlavə olaraq 315.2-ci maddə (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə müqavimət) ilə də tövsif olundu.”-Nemət Kərimli bildirib.

Vəkil bildirib ki,artıq İstintaq yekunlaşır.

Xatırladaq ki, Noyabrın 22-də heç bir əsas olmadan polis tərəfindən saxlanılan Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyası Əlikram Xurşudovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən "xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan "şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya, eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır.

Müsavat Partiyası şərlənərək həbs edilmiş Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir”.

 

Könül Alı, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300