"Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur”– Bakıda müzakirə – FOTOLAR

6 yanvar 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə son günlər İranda baş verən kütləvi etiraz aksiyaları ilə bağlı "Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, son zamanlarda sözdə "İran” adlanan ölkədə baş vərənlər Azərbaycannın güneyindəki kimi, quzeyində yaşayan türklərin də birbaşa diqqət mərkəzindədir. Onun sözlərinə görə, türklər, o cümlədən Azərbaycan türkləri hazırda "İran İslam” adlanan ölkədə hansı səbəblərdən qaynaqlanmasına baxamayaraq, hökumət əleyhinə keçirilən etiraz aksiyalarına həsaslıqla yanaşaraq bu məsələlərdə daha çox milli haqlarını ifadə etməlidirlər. F.Ələkbərlinin fikrincə, bunun üçün də bu etiraz aksiyalarla bağlı hər hansı qüvvələrin, yəni ABŞ-ın, Rusiyanın, İsrailin, Ərəb ölkələrinin və digərlərinin güdüyü niyyətləri bir kənara qoyaraq Azərbaycan türkləri öz milli hədəflərini dəqiqləşdirməli, onun ziyalıları bu yolda müzakirələr apamalıdırlar: "Azərbaycan türklərinin məqsədi ya 1925-ci ildə xarici qüvvələrin əliylə itirdikləri hakimiyyəti yenidən bərpa etmək, ya da ən azından Azərbaycan türklərinin, ümumilikdə türklərin yaşadığı bölgələrdə istiqlaliyyətini qazanmaq olmalıdır. Bir sözlə, bizim əsas hədəfimiz heç bir xarici və daxili qüvvənin din, demokratiya və bunun kimi oyunlarına gəlməyərək, yalnız Azərbaycan türklərinin deyil, eyni zamanda Xorasan türkmənlərinin, qaşqayların, kürdlərin, farsların, ərəblərin, bəlucların da maraqlarına cavab verən bir dövlətin qurulması üzərinə köklənməlidir”.

Sonra BAO başqanının siyasi məsələlərt üzrə müavini, tarixçi alim Alı Balayev, BAOMərkəzi Şurasının (MŞ) üzvü, türkoloq Aydın Mədətoğlu, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Baş katibi və İctimai Əlaqələr Departamentinin Rəhbəri Umuxanım Hüseynzadə, BAOMŞ-nın üzvü Rüfət Muradlı, Tarixçi alim Cavanşir Beydullayev, BAO MŞ-nın üzvləri Natiq Ulubəy, Nəcəfalı Cahangirli, BAO başqanı Zahir Əlisoy və b. mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirdilər.

Ümumilikdə çıxışçılar son günlər İranda baş verən kütləvi etiraz aksiyalarının nəticələrinin Güney Azərbaycan türklərinin məhz milli mənafeyinə xidmət etməsinin əsas məsələ olması vurğuladılar. O cümlədən Güney Azərbaycan Milli hərəkatının bu aksiyalarda hələlik iştirak etməməsi keçmiş inqilabların təcrübəsi baxımından əksər çıxışçılar tərəfindən düzgün addım kimi dəyərləndirildi.

FOTOLAR:


 

 

 

 

BAO İnformasiya Xidməti

06.01.2018.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300