100 maşın qardan Şəhidlərin xatirəsinə bənzərsiz heykəl ucaldıldı -FOTOLAR

 

Sarıqamış hərəkatının 103-cü ildönümü ilə əlaqədar Cıbıltəpə Xizək Mərkəzində qardan heykəllərin açılışı olub.

Moderator.azxəbər verir ki, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın, gənclik və idman naziri Osman Aşkın Bakın da iştirak etdiyi tədbirdə heykəllərin üzərindəki türk bayrağı götürüldükdən sonra qərənfillər düzülüb.

Türkiyənin gənclik və idman naziri mətbuata açıqlamasında belə tədbirlərin keçirilməsinin məqsədinin gənclərə bunu aşılamaq olduğunu bildirib.

"Bu torpaqlarda ilk şəhidimiz Əbul Həsən Harakanidir. Ondan sonra çox şəhid vermişik. 103 il öncə 90 min nəfər Sarıqamışda şəhid olub. Biz çalışırıq ki, bütün bunları gənclərimizə anladaq. Bunun üçün belə tədbirlər keçiririk”,- Osman Bak belə deyib.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib ki, Sarıqmış şəhidləri təkcə burada deyil, Türkiyənin hər yerində yad edilir, anma mərasimləri keçirilir.

Qeyd edək ki, Cıbıltəpə Xizək Mərkəzində hazırlanan heykəllər üçün buraya 100 yük maşını qar daşınıb. Qardan heykəllərə Qafqaz, Atatürk, İbrahim Çeçen, Bayburt və Muş Alparslan universitetlərindən bir qrup heykəltaraş forma verib.

Xatırladaq ki, Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadə də Qars valisinin dəvəti ilə həmin tədbirlərdə iştirak edir.


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300