Kim Çen In Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

 

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair tapşırıqlar verib.APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri xalqa müraciəti zamanı bildirib.

 

"Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqının səylərinin birləşdirilməsi üçün vaxt çatıb. Söhbət tək KXDR-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından getmir, söhbət həmçinin millətin barışığından, onun könüllü birləşməsindən gedir”, - deyə KXDR Mərkəzi Televiziyasının hazırladığı materialda bildirilir.

 

Qeyd edək ki, KXDR yanvarın 9-da yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib. Bir neçə gün əvvəl isə Cənubi Koreya və KXDR nümayəndələri arasında telefon danışığı olub. Danışıqlar zamanı Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300