Rusiyada seçkinin bir mərhələsi bitdi

 

Rusiyanın Mərkəzi Seçki Komissiyası yanvarın 7-də prezidentliyə müstəqil iddiaçılardan sənədlərin qəbulunu başa çatdırıb. Novator.az-ın məlumatına görə, 2017-ci il dekabrın 27-dən başlayaraq 15 iddiaçı sənədlərini MSK-ya təqdim edib.

Prezident seçkisi martın 18-də keçiriləcək. Müstəqil iddiaçıların sənədləri Mərkəzi Seçki Komissiyasına yanvarın 7-dən gec olmayaraq, partiyalı iddiaçıların sənədləri yanvarın 12-dən gec olmayaraq təqdim edilməlidir.

Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiyalı namizəd 100 min imza toplamalıdır. Parlament partiyasının namizədi imza yığmaqdan azaddır. Liberal Demokrat Partiyası parlamentdə təmsil olunduğu üçün onun namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski imzasız qeydə alınıb. O, hələlik yeganə rəsmi namizəddir.

Marafona qatılan namizədlərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək müddəti yanvarın 31-dək çəkir. Mərkəzi Seçki Komissiyası qeydiyyat məsələlərini fevralın 10-dək bitirməlidir.

Seçki təşviqatı 2018-ci il fevralın 17-dən martın 16-dək davam edir.

Rusiyada prezident 6 il müddətinə seçilir.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb. 65 yaşlı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300