Texnologiya Universitetinində "Fətulla Gülən” sevgisi-''Təhsilimizə və Dövlətimizə ciddi zərbə'' MÜRACİƏT

Cənab Prezident İlham Əliyev!

Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə uğurlar arzulayırıq. Respublikada təhsil işçilərinin problemlərinin daim sizin diqqətinizdə olması hər birimizə məlumdur.

Sizə müraciətim bununla bağlıdır ki, heç bir idarəçiliyi, qabiliyyəti olmayan Texnologiya Universitetinin rektoru Akif Sülemanov və oğlu Şamil Süleymanovun Texnologiya Universitetində etdikləri özbaşınalıqlarıdır.

Sizin məmurlara etdiyiniz övlad özbaşnalığı ilə bağlı Rektor Akif Süleymanovun və oğlu Şamil Süleymanovun xəbərdarlıqdan xəbərləri yoxdurmu?

Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılan Azərbaycan Texnologiya Universitetində özbaşınalıq tüğyan edir.

Qeyd etdiklərimi "Yenixəbər.org, Dia.az” və digər saytlara istinadən, əsaslanıb verirəm. Diqqətinizə çatdırım ki, başqa saytlar yazını dərc edəndə olduğu kimi dərc etsin təhqirə yol verməsinlər, çünki digər saytlardan mən istinadən əsaslanıb vermişəm, o saytlarda təhqirə yol veriblər.

Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi –texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb.Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı Şəhərində yerləşən indiki ünvanı "BABƏK PROSPEKTİ” keçmiş ünvanı (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə)-də yerləşən "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi Prorektorlar, şöbə müdirləri, Rektorun oğlu Şamil Süleymanovuntapşırığını icra edirlər. Rektor Akif Süleymanov, oğlu Şamil Süleymanovun və Texnologiya Universitetinin Prorektorları Vüqar İsmayılovun, Səbuhi Yusifovun, Piri Axundovun əlində alətə çevrilibdir.

"AZINKA" şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış "Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş "Fətulla Gülən” ilə bağlılığı hamıya məlumdur. Türk xalqına ağır zərbə vurmuş "ZAMAN” qəzetindən gəlib Texnologiya Universitetində işləyən əməkdaşların adlarını, Türkiyə qardaş dövlətində Fətulla Gülən Universitetləri ilə əlaqəsi olan, Azərbaycanda fəaliyyəti dayandırılan Qafqaz Universitetindən gələn əməkdaşların adlarını ardıcıllıqla qeyd edirəm:

1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

2. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu, 2004-cü ildən etibarən Qafqaz universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.

3. Tədris şöbəsinin müdiri Təlim- tərbiyə işlər üzrə Prorektor vəzifəsini icra edən Axundovun Piri Fərhad oğlu"AZİNKA” şirkətinin vasitəsi ilə prorektor təyin olunub "AZİNKA” şirkətinin əməkdaşlarının böyük əksəriyyəti bağlanmış "Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətulla Gülən ilə bağlılığı hamıya məlumdur.

4. İlyasov Asiman Rasim oğlu 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində "İnsan Resurslarını Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyirmagistraturada əyani təhsil alır.

5. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış, 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.

6. Texnologiya Universitetinin Davamlı İnkişaf mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.

7. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri: Əliyev Rasim Əziz oğlu, 2002-ci ilin sentyabr ayında "Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.

8. Əliyev Zaur Camaləddin oğlu,"AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub "AZİNKA” şirkətinin əməkdaşlarının böyük əksəriyyəti bağlanmış "Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətulla Gülən ilə bağlılığı hamıya məlumdur.

9. "AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.

10. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq Dekanı Nicat Nəsirli, sabiq İnsan Resusları şöbəsinin müdir Nofər Salmanov, sabiq Davamlı İnkişaf mərkəzinin müdiri sabiq Rauf Əmənof "AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.

"AZİNKA”şirkətinin Bakı Şəhərində yerləşən indiki ünvanı "BABƏK PROSPEKTİ” keçmiş ünvanı (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə)-də yerləşirdi.

Fətullah Gülənə bağlı Qafqaz Universitetdə və Türk liseylərində, formalaşmış "ZAMAN” qəzetində işləmiş bu "insanlar” Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən 5 avqust 2015 –ci ildə universitetdə "AZİNKA” şirkətinin vasitəsi ilə mühüm vəzifələrə təyin olunublar.

Yuxarıda adları çəkilən bu şəxslərin hər biri qardaş Türk dövlətinə ağır zərbə vurmuş "Fətulla Gülən” ilə bağlılığının sübutudur. Türkiyə qardaş dövlətində FƏTO GÜLƏN tərəfdarlarını həbs edən zamanlarda Azərbaycanda "QAFQAZ UNİVERSİTETİ”, "ZAMAN” qəzeti cənab prezident İlham Əliyevin sərəncamı ilə dayandırılmışdır. Bu qədər təsadüf ola bilməz ki, Türkiyə qardaş dövlətinə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FƏTO GÜLƏN İlə bağlılığı olan "QAFQAZ" Universitetinin, "ZAMAN" qəzetinin əməkdaşları bir araya gəlsinlər.

Texnologiya Universitetinin Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun "AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500(min beş yüz )manat – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.

Texnologiya Universitetinin müəllimləri Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadov, Universitetin müəllimləri olduğu halda "AZİNKA” şirkətinə çağrılaraqUniversitetdə Dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən azad olunubdur.

"AZİNKA” şirkətinin indiki ünvanı: Bakı Şəhəri "BABƏK PROSPEKTİ” keçmiş ünvanı (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə)-də yerləşir Tel:(+99412)5644790
Mob: (+99455) 2131409E-mail:info@azinka.az

Azərbaycan Texnologiya Universitetində "AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar, Universitetin dərs keçirilən korpuslarında "Fəto Gülən” şəbəkəsini formalaşdıran, "Fəto Gülənçilərə” məxsus olan şüarı "Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” sözlərini lövhəyə yazdıraraq korpusların girişində asıblar, bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır?

Qardaş Türk dövlətinə ağır zərbə vuran "Fəto Gülən” "Gülənçilər” qarşısında irəli sürdüyü bu çağırışı, rəhbər ideyanı, və ya tələbi qısa və aydın şəkildə ifadə edən bu müraciəti, çağırışı, Rektor Akif Süleymanov oğlu Şamil Süleymanov və "AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorlar, bu lövhəyə nə don geyindirə bilər, nə çür açıqlama verə bilər?

Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salmışlar. Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə paylatdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir. Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır.

Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlər övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün, son iki ildə qəbul ən aşağı 420 və 450 nəfər səviyyəsinə düşmüşdür. Universitetdə elmi işlər formal xarakter daşıyır. Doktoranturaya qəbul Prorektor Vüqar İsmayılovun istəyinə uyğun qaydada həyata keçirilir. Əyani doktorantlar və magistrantlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər.

"AZİNKA” şirkətində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitet üçün seçdiyi kadrlarla danışıqlar aparır, onları vəzifələrə təyin etdirir və öz məqsədləri üçün istifadə edir. Mənafelərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. 2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanov səyi ilə işdən uzaqlaşdırsada, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək vəyaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb. Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun maraqları ilə 264 saylı əmrlə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə də 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə "töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri "Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yurist qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə.Əsgərzadədir. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi Konservatoriyada” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir "ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanov kimi bir ləyaqətsizin alətinə çevrilməsini mən anlaya bilmirəm.

Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə "Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazılaraq, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.

Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinə universitetdə heç bir konfrans olmadan, təkliflər olmadan, qanunsuz olaraq Həmkarlar İttifaqına uyğun olmayan birini sədir seçiblər.

Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Sabuhi Yusifov da 3- ildir ki, dosent maaşı alırlar. Hətta o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayanPiri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə "İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub, Piri Axundovun qaymı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır.Universitetin digər şəxslərinin məsələn, "Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və "Distant və qiyabi təhsil mərkəzinin” müdiri Həsənov Babək Mikayıl oğlunun və s. şəxslərin ailə üzvləri işləyirlər. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.

Texnologiya Universitetində Prezident seçgiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılır. Ölkə üzrə yeni iş yerlərinin ryaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində çoxsaylı insanların çıxarılması nə məqsəd daşıyır. Dəfələrlə Akif Süleymanovun çirkin əməlləri haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsada, təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənap Prezident sizin, məmurlara etdiyiniz övlad özbaşınalığı ilə bağlı xəbərdarlığınıza məhəl qoymur.

Cəzasızlıq o həddə çatıbdır ki, Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin adına olan "Muzeydə” prorektor Vüqar İsmayılov özünə və dostlarına ad günü keçirir.

 

Cənab prezident! Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və oğlu Şamil Süleymanovun "AZİNKA” şirkətinin vasitəsi ilə Universitetə təyin etdikləri özbaşınalıqları, çirkin əməllərindən bütün dövlət qurumlarına müraciət etsəmdə təəssüflər olsun ki, heç bir nəticə vermiyib. Rektor Akif Süleymanov dəfələrlə Universitetin əməkdaşlarına bildirib ki, məni bura prezident təyin edib mənim şikayətimi kimə edirsiz sizlər.

Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz.

"Yuxarıda qeyd etdiklərimi "Yenixəbər.org, Dia.az” və digər saytlara istinadən, əsaslanıb verirəm. Diqqətinizə çatdırım ki, başqa saytlar yazını dərc edəndə olduğu kimi dərc etsin təhqirə yol verməsinlər, çünki digər saytlardan mən istinadən əsaslanıb vermişəm, o saytlarda təhqirə yol veriblər.

 

Müraciət etdi:Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300