Müsavat İTV-dən çıxış üçün vaxt istəyəcək

 

Müsavat Partiyasının Mətbuat Xidmətindən "Basta” ya daxıl olan məlumata görə, bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

"Nərgiz” mükafatının təqdimat mərasimi və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı keçirilən bayram tədbiri haqda məlumat dinlənilib.

Divan üzvü Elman Fəttah yanvarın 5-də Əfqan Muxtarlının Balakəndə keçirilən məhkəməsi haqda məlumat verib. Qeyd edib ki, məhkəmə Ə.Muxtarlının yaxınlarının yas mərasiminə buraxılması ilə bağlı vəkillərin vəsatətini rədd edib.

Divan yaxınlarının faciəli ölümü ilə əlaqədar siyasi məhbus Ə.Muxtarlının yas mərasiminə buraxılmamasını antihumanist və hakimiyyətin şəxsə qarşı qisasçılıq addımı kimi qiymətləndirib.

"Kanal-13” internet televiziyasının əməkdaşı Əziz Orucova 6 il həbs cəzası verilməsi mediaya və ifadə azadlığına hakimiyyətin basqılarının tərkib hissəsi kimi qiymətləndirilib.

Məclis sədri Nüşabə Sadıxlı "Azərbaycan Kültür Dərnəyi”nin Türkiyədə təşkil etdiyi İkinci Türk Dünyası Qadın Yazarlar Simpoziumu "Krımdan məktub var” adlı Krım Yazarlar Konfransında iştirakları və çıxışları barədə Divana məlumat verib.

Divan İctimai Televiziyada Müsavat Partiyasına çıxış üçün vaxt ayrılması ilə bağlı İTV rəhbərliyinə rəsmi müraciət edilməsi haqda qərar qəbul edib.

Divanda həmçinin 20 Yanvar faciəsinin ildönümü günü saat 13:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi barədə qərar qəbul edilib.

Divan ölkədə və dünyada baş verən ictimai-siyasi prosesləri, İranda baş verən etiraz aksiyalarını geniş müzakirə edib. Gedən prosesləri Azərbaycanın daxil olduğu region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300