KXDR Cənubi Koreyada təşkil olunacaq Qış Olimpiya Oyunlarına geniş heyət göndərəcək

 

Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində iki ölkə arasında 2015-ci ildən sonra ilk dəfə danışıqlar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan idmançıların Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsinin müzakirəsi üçün təşkil edilən dialoqda bir sıra təkliflər səslənib. Belə ki, Şimali Koreya tərəfi Olimpiya Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti və nümunəvi çıxışlar edəcək qrup göndərməyi təklif edib. Koreya Respublikası tərəfi isə hər iki ölkə idmançılarının Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə vahid komanda şəklində çıxmasını təklif edib.

Koreya Respublikasının birləşmə nazirinin müavini Çun He-sunq jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi danışıqlarda 1950-1953-cü illər Koreya müharibəsi nəticəsində bölünmüş ailələrin üzvlərinin qarşıdan gələn ay təqvimi ilə Yeni il bayramında görüşünün təşkilini də təklif edib. Bundan başqa, sərhəd zonada insidentlərin qarşısını almaq üçün iki ölkənin hərbçiləri arasında vaxtaşırı görüşlərin keçirilməsi də təklif olunub.

Şimali Koreya tərəfi bəyan edib ki, Pxençan Qış Olimpiya Oyunlarına KXDR-dan olan idmançılar, rəsmi nümayəndə heyəti, nümunəvi çıxışlar üçün incəsənət və taekvondoçular qrupu, habelə jurnalistlər göndəriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300