Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı - Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar haqsızlıqla üzləşdiyini bildirir.
 

 

APA-nın məlumatına görə, sahibkarlardan biri Bəxtiyar Bilalov bildirib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti onların fəaliyyətinə mane olur və onlardan əsassız haqq tələb edən "AN" şirkətinin tabeliyində fəaliyyət göstərmələrini tələb edir: "Biz 15 ildən artıqdır ki, fəaliyyət göstəririk. "Metropol Trans" şirkətini təsis etmişik. Lakin burada proseslərə nəzarət edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışan Vidadi Qəhrəmanov və daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev bizdən, yəni "Metropol Trans" şirkətindən tələb edirlər ki, Bakı - Nijniy Novqorod beynəlxalq sərnişindaşıma üçün heç kimin tanımadığı, bazarda reputasiyası olmayan "AN" şirkəti ilə müqavilə bağlayaq və onun inhisarına keçək. Niyə belə olmalıdır? Niyə bizə birbaşa Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müqavilə bağlamağa, şəffaf fəaliyyət göstərməyə imkan vermirlər?"
 
Sahibkarlar qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti yalnız "Metropol Trans" şirkətinə qarşı deyil, beynəlxalq sərnişindaşıma ilə məşğul olan digər tanımış şirkətlərə də qarşı eyni əsassız tələblər irəli sürür.
 
Sahibkarlar şikayətləri ilə bağlı Dövlət Xidmətinə müraciət etsələr də, tələblərinin yerinə yetirilmədiyini deyiblər.
 
Dövlət Xidmətinin Daşımaların tənzimlənməsi şöbəsinin böyük mütəxəssisi Vidadi Qəhrəmanov isə APA-ya açıqlamasında sahibkarlarla görüşdüyünü deyərək, "Metropol Trans” şirkəti ilə bağlı ona hər hansı sənəd təqdim edilmədiyini qeyd edib.
 
Onun sözlərinə yaranan vəziyyətlə əlaqədar sahibkarlarla yenidən müzakirə aparılacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300