İrandakı son olaylar Azərbaycan müxalifətinin diqqətində - DƏYİRMİ MASA

 Yanvarın 9-da Ümid Partiyasının qərargahında siyasi partiya, ictimai təşkilat, eyni zamanda fikir adamlarının iştirakı ilə "İranda son olaylar və Güney Azərbaycan" mövzusunda dəyirmi masa keçirilidi.
Partiyanın mətbuat xidmətindən  verilən məlumata əsasən, Dəyirmi masanı giriş sözü ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açaraq toplantının keçirilməsində məqsədin son günlər İranda baş verən olaylar haqda Azərbaycan siyasilərinin fikirlərini bölüşməsi olduğunu bildirib. Sonra Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Bütöv Azərbaycan Hərəkatının sədri, filosof alim Yasəmən Qaraqoyunlu, B.Britaniyada yaşayan milli fəal İsa Türkoğlu İranda baş verən son hadisələr və bu olaylarda Güney Azərbaycanlı soydaşlarımızın reaksiyası haqda ətraflı məlumat veriblər.
Qonşu ölkədə baş verənlərdə soydaşlarımızın tutduğu mövqe, beynəlxalq aləmin olaylara reaksiyası haqda Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Milli-Demokratik Partiyanın sədri İsgəndər Həmidov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ağ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Qarabağ qazisi Rsa Səfərsoy, Bütöv Azərbaycan Ocaqları təmsilçisi Cavanşir müəllim və başqaları çıxış edərək İrandakı olaylara məntəqədəki təbəddülatlar kontekstindən yanaşılması, eləcə də milli haqlar uğrunda savaşan soydaşlarımızın da baş verə biləcək hər hansı dəyişikliklərdən öz haqlarına sahib olmaları üçün faydalanmaları zərurətinə toxunublar.

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300