Pakistan ABŞ-la əməkdaşlığı dayandırdı

 

Pakistanın müdafiə naziri Huram Dastgir Xan Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarından sonra Pakistanın müdafiə və kəşfiyyat sahələrində ABŞ-la əməkdaşlığını dayandırdıqlarını bildirib.

AzərTAc xəbər verir ki, nazirin sözlərinə görə, "Pakistan və ABŞ arasında nəzakətli və eyni zamanda açıq dialoqun zamanı gəlib”.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Pakistan hökuməti silahlı qruplaşmalara, o cümlədən "Hakkani” və Əfqanıstanda fəaliyyət göstərən "Taliban” hərəkatlarına qarşı qətiyyətli addımlar atanadək bu ölkəyə təhlükəsizlik sahəsində yardımı dayandırmaq qərarına gəlib. Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndəsi Patrik Evans ABŞ-ın Pakistan üçün nəzərdə tutulan ən azı 900 milyon dollar vəsaiti dondurduğunu bildirib.

Bir qədər əvvəl Pakistanın müxtəlif silahlı qruplaşmalara qarşı mübarizəsindən narazı olan prezident Donald Tramp ABŞ-ın son 15 ildə bu ölkəyə əbəs yerə 33 milyard dollar maliyyə yardımı verdiklərini demişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300