"Azerspace-2” peyki aprel ayında orbitə çıxarılacaq  

 

"Biznesin davamlılğını təmin edəcək "Azərspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.

"APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, "Azərspace-2” peykinin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur.

"Azərspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, "Azərspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.

O bildirib ki, "Azərsky”peyki üzrə əldə olunan gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: "Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti 5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300