Əhməd Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu vəfat edib - FOTOLAR

 

 

Azərbaycanın görkəmli fikir adamlarından Əhməd bəy Ağaoğlunun nəvəsi, Türkiyənin keçmiş ticarət naziri Səməd Ağaoğlunun oğlu Tektaş Ağaoğlu vəfat edib.

Tektaş Ağaoğlu 1943-cü ildə İstanbulda dünyaya gəlib. O, orta təhsilini Ankara Atatürk litseyində, ali təhsilini isə Böyük Britaniyanın Oksford Universitetinin hüquq fakultəsində alıb.

İxtisasça hüquqşünas olmasına rəğmən, əsasən yazarlıq və tərcümə sahəsində daha çox tanınıb.

Tektaş Ağaoğlu ilk povestini 1956-cı ildə yazıb. Əsərləri əsasən "Varlıq” jurnalında dərc olunub. Tərcüməçi olaraq Dostoyevski, Şoloxov, Remark, Çarlz Dikens kimi görkəmli yazıçıların əsərlərini türk dilinə çevirib.

1973-cü ildə Marks və Engelsin tərcümə edilmiş əsərlərindən ibarət "Siyasət və Fəlsəfə” adlı kitaba görə həbs olunub və 5 ay dustaq həyatı yaşayıb.

1975-ci ildə isə "Gerçek” qəzetinin məsul redaktoru olduğu zaman Fövqaladə Hallar Məhkəməsinin qərarlarına qarşı yazdığı bir məqalədən dolayı yenidən məhkumluğa cəlb olunub. Kommunist və solçu kimliyi ilə Tektaş Ağaoğlu siyasi həyatını Türkiyə Sosialist Fəhlə Partiyası, Birləşmiş Sosialist Partiyası kimi təşkilatlarda davam etdirib.

Bundan başqa bir çox jurnal və qəzetlərdə məqalələri yayımlanan Tektaş Ağaoğlu BBC radiosunda redaktor olaraq fəaliyyət göstərib.

 

Əhməd bəy Ağaoğlu

Yuxarıda bəhs etdiyimiz kimi, Tektaş Ağaoğlu Azərbaycanın böyük mütəfəkkirlərindən sayılan Əhməd bəy Ağaoğlunun nəvəsidir. Əhməd bəy Ağaoğlu Şərqin ilk müsəlman-türk demokratik dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi naminə geniş fəaliyyət aparıb.

Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Əhməd bəy Türkiyəyə köçməli olub. Burada o, müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisinə çevrilib.

 

Səməd Ağaoğlu

Maraqlıdır ki, Tektaş Ağaoğlunun atası Səməd Ağaoğlu solçuların sevmədiyi Adnan Menderes hökumətində dövlət vəzifəsində çalışıb. O, 1952-53-cü illərdə əmək naziri, 1954-1958-ci illərdə isə ticarət naziri postlarını tutub.

Tektaş Ağaoğlunu tanıyan dostları, yazar və ədiblər onu olduqca təvazökar, sadə həyata üstünlük verən və yüksək intellektə malik insan kimi təsvir edirlər.

"Cümhuriyyət” qəzetinin yazarı Aydın Engin onu belə xatırlayır: "Tərcümə və türkcənin incəlikləri onun ən böyük ehtirası idi. Tək bir söz üstündə necə əsdiyinin dəfələrlə şahidi olmuşam. Ey oxucu bil, Türkiyə ən böyük aydınlarından, Türkiyə solu isə sarsılmaz döyüşçülərindən birini itirdi...”

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300