Prezident MSK-ya deputatları cəzalandırmaq hüququ verən qanunu imzalayıb

 

Prezident İlham Əliyev Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

"Report”un xəbərinə görə, Seçki Məcəlləsindəki dəyişikliklərdən biri də Mərkəzi Seçki Komissiyasına deputatları cəzalandırmaq hüququ verir.

Məcəllənin indiyədək qüvvədə olan 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əsasən, Konstitusiyanın 89-cu (Azərbaycan Milli Məclisi deputatlığından məhrumetmə və Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Hazırda isə məcəlləyyə 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlər də əlavə edilib. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.

Məcəlləyə 176.2-1 maddə əlavə edilib. Maddəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I (Azərbaycan Respublikası Milli Məclisinin deputatı bu hallarda mandatından məhrum edilir) hissəsinin 6-cı ((Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Məcəllənin 176.4 maddəsində edilən dəyişikliyə əsasən, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300