Azərbaycanlı doktorantdan Ərdoğana qiymətli hədiyyə

Türkiyənin Mərmərə Universitetinin yaranmasının 135-ci ildönümündə prezident Rəcəb Tayyib Ərdoğana azərbaycanlı doktorant Tünzalə Məmmədzadənin ipək üzərində yazdığı "Qurani-Kərim” hədiyyə edilib.

Teleqraf.com xəbər verir ki, universitetin rektoru Məhmət Emin Arat azərbaycanlı doktorantın "Qurani-Kərim”i 3 il ərzində 50 metr şəffaf ipək üzərinə qızılı və gümüş rəngli boyalarla nəqş etdiyini deyib.

"Qurani-Kərim”i öpərək qəbul edən prezident Tünzalə Məmmədzadəyə təşəkkür edib: "Sevimli tələbəmizə, bacımıza bu bacarığına, 3 illik əziyyətinə görə minnətdaram. Bu cür hədiyyəyə layiq olduğuma görə çox şadam. Belə bir "Qurani-Kərim”ə layiqli yer tapmaq çətindir. Muzey hazırlayırıq, inşallah bu əsəri həmin muzeyin müstəsna hissəsinə qoyacağıq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300