Çexiyada prezident seçkiləri: Miloş Zeman və İrji Draqoş ikinci tura adlayıblar

 

Çexiyanın hazırki Prezidenti Miloş Zeman və Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş prezident seçkilərinin ikinci turuna keçiblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb. Seçki məntəqələrinin 82,65 faizindən daxil olan məlumatlara görə, Miloş Zeman 40,4 faiz səslə liderlik edir. Onun əsas rəqibi İrji Draqoş seçicilərin 24,8 faizinin dəstəyini qazanıb. Dövlət başçısı postuna digər 7 namizəd isə 0,5 faizdən 9,1 faizə qədər səs toplayıb.

Beləliklə, Zeman və Draqoş yanvarın 26-27-də keçiriləcək səsvermənin ikinci turunda mübarizə aparacaqlar.

İlkin məlumata əsasən, respublikada cümə və şənbə günlərində keçirilən prezident seçkilərində seçicilərin 61,16 faizi iştirak edib. Səsvermənin yekun nəticəsi yaxın saatlarda məlum olacaq və yanvarın 16-da rəsmən elan ediləcək.

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya "təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın "Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Çexiyada ümumi prezident seçkiləri ikinci dəfədir ki, keçirilir. 2013-cü ilədək respublikanın başçısı parlamentin hər iki palatasının deputatları tərəfindən seçilirdi. 2013-cü il seçkilərində 54,8 faiz səs toplamış Miloş Zeman prezident olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300