Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər

 

Yüz minlərlə Fransa vətəndaşı Rusiyadan XIX əsrdə Rusiya İmperiyasının buraxdığı istiqrazlar üzrə ödənişləri tələb edib.

Virtualaz.org RFİ radiosuna istinadən xəbər verir ki, tələbin ümumi məbləği 30 milyard avro təşkil edir.

Bildirilir ki, 1967-ci ildə Rusiyanın dəmiryol şirkətləri qızılla təmin edilmiş dövlət istiqrazlarının buraxılışına başlayıbar. Sonrakı 3 onillik ərzində fransızlar bu layihələrə 15 milyard frank (53 milyard avro) investisiya qoyublar.

Həmin istiqrazlar üzrə gəlirləri almaq az adama müyəssər olub. 1918-ci ildə Vladimir Lenin çar Rusiyasının borclarının ödənilməsindən imtina barədə fərman imzalayıb. 1997-ci ildə isə Rusiya Federasiyası Fransa ilə müqavilə imzalayıb. Həmin sənədə əsasən, Rusiya Federasiyasının Rusiya İmperiyasının borclarına görə Fransa qarşısında öhdəliyi yoxdur.

Lakin o vaxtın istiqraz sahiblərinin 400 minə yaxın varisi kompensasiya tələb etməkdə davam edirlər və bildirirlər ki, Rusiya heç də müflis deyil.

"Dövlət borcu köhnəlmir. O ödənilməlidir. Oyunun qaydaları belədir”, - RFİ-yə müsahibəsində varislərdən biri deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300