Həbsdə olan jurnalistə qarşı yeni cinayət işi açılıb

 

Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.

O, cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb və buradan Cəlilabad rayonuna göndəriləcək. Orada redaktor məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə jurnalistin ailəsi bildirib. Onlar yeni ittihamın mahiyyətinin nədən ibarət olduğunu bilmirlər.

Vəkil Elçin Sadıqov hesab edir ki, jurnalistə qarşı Cəlilabad rayon icra başçısının böhtan haqqında iddiası ilə başlayan cinayət işini "yeniləyiblər”. Ötən ilin martında bu iş üzrə məhkəmə başlayıb, amma dinləmələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

E.Sadıqov Amerikanın Səsinə bildirib ki, yanvarın 15-də jurnalistlə görüşüb, yeni ittihamın nədən ibarət olduğunu öyrənəcək.

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.

O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.

İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.

Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs edildiyini hesab edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300