Metyu Brayza Azərbaycanın terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib

 

ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib.

M.Brayza azvision.az-a açıqlamasında deyib ki, məlum siyahıda Azərbaycan Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrlə bir sırada yer alıb. Sabiq səfirin sözlərinə görə, Dövlət Departamentinin turistlərə yaydığı tövsiyədə terror təhdidi səviyyəsinə görə Azərbaycan və Fransa eyni mövqedə qərarlaşıb.

"ABŞ Dövlət Departamenti münaqişə ilə əlaqədar vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, təmas xəttinə və Ermənistan-Azərbaycan sərhədi yaxınlığına səfərə getməməyi tövsiyə edib. Dağlıq Qarabağa dair tövsiyə Ermənistana aid bölmədə də yerləşdirilib.

Təcrübəmə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişə zonasına yaxın olan Azərbaycanın regionlarında terrorizm və zorakılıq təhdidləri realdır. Mən ABŞ-ın Azərbaycandakı səfiri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olduğum vaxtlarda bütün diplomatik missiyanı, məni və ailəmi terror təhdidlərindən qoruduğu üçün daim Azərbaycan hökumətinə minnətdar olacağam”.

M. Brayza eyni zamanda Rusiya XİN-in mətbuat xidmətinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına da toxunub. Dipomat bildirib ki, Rusiya XİN rəsmisinin dediyi kimi, ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlərin əleyhinə deyil. Departament ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə etmir. Söhbət yalnız Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədlərinə səyahətlərdən gedir”.

2018-ci il üzrə Cənubi Qafqaz regionu ölkələrinə dair proqnozun olmadığını deyən Brayza ümid edir ki, ABŞ dövlət katibi Reks Tillerson münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə töhfə verəcək və bir neçə ay əvvəl yayılan şayiələrdən fərqli olaraq Minsk qrupu həmsədrinin maliyyələşməsini dayandırmayacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300