Almanlar təlaş içində : Türkiyənin Afrin əməliyyatı PKK/PYD-nin Rojova röyasının sonu olur

 

Türkiyənin ehtimal edilən Afrin əməliyyatı çoxlu sayda PKK dəstəkçisinin yaşadığı Almaniyada da gündəm oldu.

Avropa.info xəbər verir ki, alman mətbuatında bununla bağlı çoxlu sayda şərhlər yazılıb.

Almaniyada nəşr olunan "Nürnberger Zeitung” qəzeti ehtimal olunan Afrin əməliyyatı haqda bunları yazıb.

"Ərdoğanın yeni çıxışı PYD/YPG-nin nəzarəti altındakı Afrin bölgəsi ilə bağlıdır. Türkiyənin buradakı hərbi əməliyyatı uğurla nəticələnsə, bu, Türkiyə sərhədinin qarşısındakı Rojavada bir kürd dövləti yaratmaq yuxusunun sonu mənasına gəlir. Həmçinin Türkiyənin eyni Kobanidə olduğu kimi Afrindən də çəkilməyəcəyi şübhə doğur. Hətta bəzi proqnozlara görə bəlkə də, Ərdoğan kürd məsələsini kökündən həll etmək üçün bu bölgələri Türkiyə ərazisinə daxil etmək istəyəcək.”

Almaniyanın "Frankfurter Rundschau” qəzeti də Afrində PKK/PYD terror təşkilatına qarşı baş verə biləcək əməliyyatdan təlaşla yazıb:

"Türkiyə Suriyadakı kürdləri (terror təşkilatı PKK/PYD nəzərdə tutulur: avropa.info) hərbi əməliyyat keçirməklə təhdid edir. ABŞ isə Suriyanın Türkiyə ilə sərhədində içində PYD/YPG-nin də olduğu hərbi gücü orada yerləşdirməyə çalışır. Rusiya bu üzdən ABŞ-a Suriyanı parçalamaq ittihamı irəli sürür, lakin Türkiyənin Suriyaya mümkün hücumuna qarşı necə reaksiya verəcəyini hələ açıqlamır. Suriya bölündüyü təqdirdə bölgənin problemləri həll edilmiş ola bilməz. Regionda müharibəyə bilvasitə olaraq daxil olan qüvvələr masaya oturmadığı müddətcə bölgədə müharibə davam edəcəkdir. Göründüyü kimi bu vəziyyət illərlə belə davam edə bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300