Qərar verildi: Rohinca müsəlmanları geri qaytarılacaq

 Banqladeş hökuməti Myanmadan qaçan rohinca müsəlmanlarının iki il ərzində ölkələrinə qayıtmasına kömək edəcək.

Bu barədə Banqladeş Xarici İşlər Nazirliyinin Myanma nümayəndələri ilə görüşün nəticəsinə əsasən verdiyi bəyanatda deyilir.

AzərTAc xəbər verir ki, bəyanatın mətnində hökumətin repatriasiyaya nə vaxt başlayacağı göstərilmir. Myanma hökuməti dağıdılan yaşayış yerləri bərpa olunanadək qaçqınlara müvəqqəti sığınacaqlar verməsi barədə öhdəlik götürüb.

Xatırladaq ki, ötən il noyabrın 23-də Myanma və Banqladeş qaçqınların vətənlərinə qaytarılmasını nəzərdə tutan qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar. Myanma hökuməti ölkədən qaçaraq Banqladeşə sığınan 30 min rohincalı müsəlman üçün Rakhayn ştatının şimalında müvəqqəti düşərgə salır. İlk 100 evin inşasının yanvar ayının sonlarına qədər başa çatacağı gözlənilir.

Myanma hökuməti Rakhayn ştatında yaşayan rohincalı müsəlmanları Banqladeşdən gələn qanunsuz mühacir hesab edir. Onlar dəfələrlə yerli buddistlərin hücumlarına məruz qalıblar. Son illər minlərlə insan bu münaqişənin qurbanına çevrilib. BMT-nin məlumatına əsasən, ötən ilin avqustundan bəri 650 min rohincalı müsəlman zülm və zorakılıqdan qaçaraq Banqladeşə sığınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300