Bakıda şok plan- üç ali məktəbdə terror...

Terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, "Əbdülxaliq” ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatına xas ideyaların Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara da hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.

Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.(teleqraf.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300