Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açıldı

 

Şəmkir rayonunda odlu silahla həmyerlisini güllələyən şəxs barəsində cinayət işi açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1992-ci il təvəllüdlü Mircəlal Əziz oğlu Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayan həmyerlisi, 1991-ci il təvəllüdlü Ramin Kərimov barəsində cinayət işi açılıb.

Belə ki, cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şübhəliyə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə Şəmkir şəhərinin ərazisində bazarda ticarətlə məşğul olan M.Mehdiyevlə R.Kərimov arasında şəxsi münasibətlər zəminində baş verib. Hazırda R.Kərimovun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300