Britaniyada Tənhalıq üzrə Nazirlik yaradılıb   

 

Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.

"Müasir həyatda çoxlu sayda tənha insanın olması kədərli reallıqdır. Cəmiyyətimiz və hamımızın xatirinə mən bu problemlə mübarizə aparmaq, yaşlı insanlara tənhalığı unutdurmaq, başqa sözlə, yaxınlarını, himayədarlarını itirən, danışıb dərdləşmək, öz fikrini və təcrübəsini bölüşmək üçün adam tapmayanlara yardım etmək istəyirəm”, - Tereza Mey vurğulayıb.

Britaniya "Qızıl Xaç” Cəmiyyətinin məlumatına əsasən, 65,6 milyonluq ölkə əhalisinin 9 milyondan çoxu qismən və ya daima tənha yaşayır. Cəmiyyət bunu "qapalı epidemiya” halı adlandırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300