Ərdoğana şok: Gül Ərbakanın partiyasından namizəd olur

 

Abdullah Gül prezidentliyə namizədimiz ola bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu söyləyib.

"Abdullah Gül dəyərli qardaşımızdır. Əlbəttə, namizəd olma ehtimalı var. Amma hazırda ona "namizədimizdir” demək doğru deyil. Burada iki məsələ var. İlk növbədə onun özü bu məsələdə təşəbbüslə çıxış etməlidir. Digər tərəfdən isə seçilə biləcəyi ilə bağlı proqnoz olmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər Türkiyənin eks-prezidenti Abdullah Güllə Prezident Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər pisləşib. Ərdoğan son çıxışlarında Gülü dəfələrlə tənqid edib. Ekspertlər isə Gülün yenidən prezidentliyə namizəd olmasının Ərdoğan üçün böyük təhdid olduğunu iddia edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300