DİQQƏT:Bakıda bu marşrut xətti üzrə avtobusların fəaliyyəti dayandırılır

 

Fatmai bağları (Çimərlik) – "Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Musavat.combu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyə əsasən, bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – "Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin təlabatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları - "Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə ("Azadlıq prospekti” metro stansiyasından Goradil qəsəbəsinə qədər 76% (29,68 km) üst-üstə düşməsidir. Eyni səbəbdən 155 nömrəli marşrut xətti tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobusların sayı artırılacaq.

Yanvarın 21-dən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300