Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

 

Cənubi Koreya ötən il xarici ölkələrə əvvəlki ildəkindən 3,9 faiz çox – 41,71 milyard ABŞ dolları dəyərində avtomobil satıb.

AZƏRTAC Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyinə istinadla xəbər verir ki, xaricdə Koreya istehsalı olan yolsuzluq avtomobillərinə və iri sedan modellərinə maraq böyük olub. Kiçik və orta ölçülü sedanların satışı isə zəifləyib.

Məlumatda bildirilir ki, say etibarı ilə ölkənin xaricə satdığı avtomobillərin sayında 3,5 faizlik geriləmə olub. Belə ki, 2016-cı ildə 2,62 milyon avtomobil satılmışdısa, ötən il bu rəqəm 2,52 milyon ədəd olub.

Ötən il Cənubi Koreyada əvvəlki illə müqayisədə 2,7 faiz az (4,11 milyon ədəd) avtomobil istehsal edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300