İsraildən Azərbaycana gələn bu dərmanı qəbul edən 5 GÜN SONRA ÖLÜR - RƏSMİ CAVAB - VİDEO

 

"Paracetamol 500” adlı dərman İsraildən ölkəmizə idxal edilib. Bunu içəndə ilk 5 gün adam özünü çox yaxşı hiss edir, sonra isə qəfildən dünyasını dəyişir. Bu, insanları öldürmək üçün göndərilib. Diqqətli olun, bu məlumatı hər kəsə göndərin".

Son günlər Vatsap istifadəçiləri arasında yayılan səs yazısında bu xəbərdarlıq edilib. Bu səs yazısı qısa zamanda istifadəçilər arasında yayılıb. Qış aylarında yüksək temperatur və ağrılara qarşı ən çox ehtiyac duyulan "Paracetamol” haqqında yayılan informasiyalar narahatlığa səbəb olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Publika.az-a açıqlamasında zaman-zaman sosial şəbəkədə bu cür məlumatların yayıldığını, lakin onların həqiqəti əks etdirmədiyini dedi.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova Publika.az-a açıqlamasında "Paracetamol 500” tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmadığını dedi:

"Azərbaycan Respublikasında İsrail istehsalı olan "Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- "Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300