Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

 

 

Rusiyanın Çinə göndərdiyi "S-400” sistemlərini daşıyan gəminin fırtınaya düşməsi nəticəsində kompleks xəsarət aldığı üçün geri qaytarılır.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, xəsarət alan sistem təmir edildikdən sonra Çinə təkrar göndəriləcək.

Yanvarın 18-də Rusiyanın Çinə "S-400” Zenit-Raket Kompleksinin (ZTR) tədarükünə başladığı barədə məlumat yayılıb. İki ölkə arasında bununla bağlı saziş 2014-cü ildə imzalanıb.

Qeyd edək ki, xarici ölkələr arasında "S-400” ZTR-inin ikinci alıcısı Türkiyədir. 2017-ci il dekabrın sonunda Rusiya və Türkiyə arasında iki ədəd "S-400” kompleksi ilə bağlı müqavilənin yekun sənədi imzalanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300