Türkiyə prezidenti 20 yanvar şəhidlərini andı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 yanvar faciəsi ilə bağlı sosial şəbəkədə xüsusi mesaj yayımlayıb.
Musavat.com xəbər verir ki, həmin mesajda bu sözlər qeyd olunub:
"28 il öncə bu gün Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən 20 yanvar şəhidlərini rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın acısını paylaşırıq. Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq".